Qadınlardan ibarət Azərbaycan milli komandası və "Hamburger" klubunun üzvü Nigar Mirzəliyeva Almaniya Bundesliqasında növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, müdafiəçi "Bayer"ə (Leverkuzen) qarşı ev matçında 18-ci dəqiqədə meydana daxil olub. O, zədələnmiş komanda yoldaşı Viktoriya Şultsu əvəzləyib və matçın sonuna qədər mübarizə aparıb. Görüş qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Nigar Mirzəliyevanın formasını geyindiyi klub hazırda turnir cədvəlində 12-ci yerdə qərarlaşıb, "Bayer" isə 5-cidir.
Almaniya Bundesliqası
"Hamburger" - "Bayer" (Leverkuzen) 1:3


