Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrılıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.

Bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Rəhbərlik son 3 mövsümdə komandada fəaliyyət göstərən Ə.İsmayılovun müraciətini müsbət cavablandırıb.