"Şamaxı" klubu isveçrəli legioneri Kərim Rossi ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi müqavilə müddəti başa çatan 32 yaşlı hücumçu ilə yeni sözləşmə imzalamamaq qərarına gəlib.

Qeyd edək ki, təcrübəli forvard "Şamaxı" heyətinə 2025-ci ilin yayında qoşulmuşdu.

O, cari mövsüm 35 oyunda 13 qol vurmağı bacarıb.