"Kəpəz" Dioqo Verdaska ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi təcrübəli arxa xətt oyunçusu ilə 2 illik yeni sözləşmə imzalayıb.
2024/2025 mövsümündən bəri "Kəpəz"in uğurları üçün tər tökən Verdaska, başa çatan mövsümdə Misli Premyer Liqasında 28 matçda meydana çıxıb və aktivinə 1 qol yazdırıb.


