"Bavariya"nın fəxri prezidenti Uli Höness komandanın ulduz hücumçusu Harri Keynin gələcəyi və "Barselona"nın futbolçuya olan marağı ilə bağlı çox kəskin və iddialı açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, ​Höness ingiltərəli hücumçunu klub tarixinin ən uğurlu transferi adlandırıb:

"Harri Keyn indiyə qədər etdiyimiz en yaxşı transferdir."

​Jurnalistin "Barselona"nın Keynlə maraqlandığı barədə verdiyi suala cavab olaraq isə fəxri prezident Münxen klubunun transfer siyasətini xatırladıb:

"Bavariya" futbolçu satan yox, futbolçu alan klubdur."

​Höness ulduz oyunçunun komandada qalacağını qətiyyətlə təsdiqləyərək, Kataloniya klubunun maddi durumuna da atmaca atmağı unutmayıb:

"Bəli, o, mütləq qalır. Onsuz da "Barselona"nın pulu yoxdur."