Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yenidən Polşa çempionatında çıxış etmək ehtimalı yaranıb.
Offsideplus.az xəbər verir ki, hazırda Almaniyanın "Kayzerslautern" klubunun formasını geyinən 28 yaşlı forvard sabiq komandası "Legiya" ilə danışıqlar aparır.
Tərəflər arasında təmasların müsbət istiqamətdə irəlilədiyi və Mahirin də Varşava klubuna qayıtmağa isti yanaşdığı bildirilir.
Təcrübəli hücumçu Polşa təmsilçisində yenidən aparıcı oyunçulardan birinə çevrilərək əvvəlki formasını bərpa etmək niyyətindədir.
Qeyd edək ki, M. Emreli daha əvvəl 2021-22 mövsümünün ilk yarısında "Legiya"da çıxış edib. O, burada 33 oyuna 11 qol vurmağı bacarmışdı.


