İngiltərə Premyer Liqasında uğursuz bir mövsüm keçirən "Tottenhem"də komandanın kapitanı Kristian Romeronun gələcəyi sual altındadır.
Offsideplus.az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi yaşanan uğursuzluqların ardından argentinalı müdafiəçinin bu yay klubdan ayrılmasına icazə verməyə hazırlaşır.
26 yaşlı mərkəz müdafiəçisi ötən il klubla uzunmüddətli yeni müqavilə imzalasa da, onun komandadakı gələcəyi aylardır ki, müzakirə mövzusudur. Premyer Liqa nəhənginin cari mövsümdəki zəif çıxışı futbolçunun komandadan gedişini daha da reallaşdırıb.
Romeronun transferində İspaniyanın iki nəhəng klubu — "Atletiko Madrid" və "Barselona" yaxından maraqlanır. Hər iki klub ulduz müdafiəçinin vəziyyətini diqqətlə izləyir və yay transfer pəncərəsində rəsmi təkliflə çıxış etməyi planlaşdırır. Dünya çempionu olan futbolçunun karyerasını İspaniyada davam etdirməyə müsbət yanaşdığı bildirilir.


