"Spartak"ın və Rusiya millisinin sabiq futbolçusu Aleksandr Mostovoy "Krasnodar"ın mövsümün sonunda iki titulu birdən əldən verməsi barədə kəskin fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, Murad Musayevin komandası Rusiya Kubokunun superfinalında "Spartak"a məğlub olub (1:1, penaltilərlə 3:4). Premyer Liqada isə "buğalar" 29-cu tura qədər lider olsalar da, yekunda çempionluğu "Zenit" qazanıb.
Mostovoy Musayevi tənqid atəşinə tutub:
"Mənim bir sualım var: Bir həftənin içində iki kuboku bərbad edən Musayevin əgər vicdanı varsa, indi əsaslı bir söz deyəcək? Onlar qalib gələndə hamı çox danışır. Bəs iki titulu itirdiyin belə bir vəziyyətdə azarkeşlərə və ictimaiyyətə deməyə sözün var?"


