"Zenit" klubuna AEK-in hücumçusu Luka Yoviç təklif olunub, lakin Rusiya təmsilçisi 28 yaşlı serbiyalı forvardı transfer etməkdən imtina edib.
Offsideplus.az xəbər verir ki, əvvəllər "Milan" və "Real Madrid" kimi nəhənglərdə çıxış etmiş futbolçunun Yunanıstan klubu ilə müqaviləsində 12 milyon avroluq təzminat məbləği var.
Onun AEK ilə sözləşməsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.
Qeyd edək ki, Yoviç keçən mövsüm Yunanıstan çempionatında keçirdiyi 29 matçda 17 qolla (4-ü penaltidən) yadda qalıb.


