"Krasnodar"ın baş məşqçisi Murad Musayev keçmiş futbolçu Aleksandr Mostovoyun onun ünvanına səsləndirdiyi tənqidi fikirlərə cavab verib.
Offsideplus.az xəbər verir ki, rusiyalı mütəxəssis Mostovoyun onu "qeyri-futbol adamı" adlandırmasından və barəsindəki bitmək bilməyən tənqidlərdən narahat olmadığını bildirib. O, Mostovoyu şəxsən tanımadığını və bu nifrətin səbəbini anlamaq istəmədiyini qeyd edib:
"Onun məntiqinə görə, əgər "Krasnodar" Vladimir İviçlə yaxşı çıxış edirdisə, bu, məşqçinin vaxtilə özünün futbol oynaması ilə bağlı idi. Komanda mənim rəhbərliyimlə çempion olanda isə bu, müstəsna olaraq yaxşı futbolçuların xidməti sayıldı. Əgər "Krasnodar" ikinci yeri tutursa, deməli, məşqçi istefa verməlidir? Siz məndən bunu ciddi şəkildə müzakirə etməyimi istəyirsiniz?"
Musayev ekspertin hücumlarının səbəbini elə onun özündən soruşmağı məsləhət görüb. O, Mostovoyun "Heç nə Musayevin üzərindən "qeyri-futbol adamı" damğasını götürməyə kömək etməyəcək" fikrinə isə təbəssümlə belə reaksiya verib:
"Mənim üçün ən vacibi odur ki, üzərimdə dünənlə yaşayan, tənbəl və paxıl bir insan damğası olmasın".
Qeyd edək ki, başa çatan mövsümdə "Krasnodar" Musayevin rəhbərliyi altında Rusiya Premyer Liqasında 66 xalla gümüş medallara sahib çıxıb. "Zenit" isə 68 xalla çempionluq sevinci yaşayıb.


