FIFA "FIFA Series – 2026" beynəlxalq turnirini yüksək səviyyədə təşkil etdiyi üçün AFFA-ya təşəkkür edib.
Offsideplus.az xəbər verir ki, ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib.
Göstərilən diqqətə görə minnətdarlığını bildirən C. Fərəcullayev gələcək əməkdaşlığın uğurlu olacağına inandığını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan milli komandası "FIFA Series – 2026" turnirinin qalibi adını qazanıb.


