“Qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax" üzərində Misli Premyer Liqasının XXXI tur qələbəsindən sonra "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze söyləyib. O, 2:1 hesabı ilə yekunlaşan oyunu belə şərh edib:

"Yaxşı oynadıq. Birinci hissədə son zərbələri tamamlamaqda çətinlik çəkirdik. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Lakin bundan sonra da kombinasiyalı, üstün oyun göstərməkdə davam etdik. İki qol vurduq. Daha çox fərqlənmək imkanımız var idi. Turnir cədvəli baxımından oyunun ciddi əhəmiyyəti olmasa da, futbolçular konsentrasiyanı əldən vermədilər. Maraqlı oyun izlədik”.