I Liqada XXVI turun oyunları başa çatıb.
Offsideplus.az xəbər verir ki, sona bir tur qalmış "Şəfa" çempionluğunu elan edib.
Bakı təmsilçisi "Cəbrayıl"ı 1:0 hesabı ilə məğlub edərək bunu bacarıb.
Onlar xalını 57 edərək 2-ci "Səbail" üçün əlçatmaz olub.
"Şəfa" gələn mövsüm Misli Premyer Liqasında mübarizə aparacaq.
Qeyd edək ki, I Liqanı 2-ci bitirən komanda isə Premyer Liqada 11-ci yeri tutacağı dəqiqləşən "Qəbələ" ilə pley-off oyunu oynayacaq.


