"Real Madrid" gələn həftə Madriddə Joze Mourinyonu yeni baş məşqçisi kimi ictimaiyyətə təqdim edəcək.
Offsideplus.az xəbər verir ki, İspaniya klubu portuqaliyalı mütəxəssisin hazırkı klubu "Benfika" ilə razılığa gəlib. Madrid təmsilçisi bu keçid üçün Portuqaliya klubuna 7 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Mourinyo daha əvvəl 2010-2013-cü illərdə də "kral klubu"nun sükanı arxasında olub.


