"Bayern Münhen"in baş məşqçisi Vinsent Kompani mövsümə tam qiyməti gələn həftə keçiriləcək Almaniya Kubokunun finalından sonra verəcəyini bildirib.
Offsideplus.az xəbər verir ki, Liqa çempionluğunu artıq təmin edən münhenlilər, finalı qazanaraq son altı ildə ilk dəfə "qızıl dubl" etmək niyyətindədirlər.
Ötən həftə Çempionlar Liqası ilə yarımfinalda vidalaşan Kompani mövsümü belə dəyərləndirib:
"Bir qədər gözləyəcəyəm, çünki qarşıda mövsümümüz üçün böyük rol oynayan vacib bir kubok finalı var. Lakin ümumilikdə çoxlu oyun qazandıq, böyük emosiyalar və təcrübələr yaşadıq, bir çox oyunçumuz inkişaf etdi. Artıq hədəflər artıb. Gələn il daha da inkişaf etmək istəyirik".


