"Mançester Yunayted" Maykl Kerrikə daimi baş məşqçi postu üçün müqavilə təklif edib.
Offsideplus.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında "2+1" illik (2029-cu ilə qədər) razılaşma nəzərdə tutulub.
Klubun həmsahibi Ser Cim Retkliffin razılığı ilə başlayan danışıqların həftə sonuna qədər yekunlaşması gözlənilir. Məqsəd bazar günü "Nottingem Forest" ilə keçiriləcək mövsümün son ev oyununda azarkeşlərin yeni rəhbərlikdən əmin olmasını təmin etməkdir.
Mövcud məşqçilər korpusu yerində qalacaq, əlavə olaraq komandaya standart vəziyyətlər üzrə mütəxəssis də gətiriləcək.


