"Bornmut"un 29 yaşlı mərkəz müdafiəçisi Markos Senesi mövsümün sonunda klubdan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, İngiltərə təmsilçisi argentinalı futbolçunun müqavilə müddətinin başa çatdığını rəsmən elan edib.
2022-ci ildə "Feyenoord"dan transfer olunan Senesi Premyer Liqada 114 oyuna çıxıb.
O, komandasının hazırkı 16 oyunluq məğlubiyyətsizlik seriyasında və bu mövsüm 11 matçda qapısını toxunulmaz saxlamasında əsas pay sahiblərindən biridir.
Təcrübəli müdafiəçi vida mesajında bu sözləri qeyd edib:
"Son dörd ildə əldə etdiyimiz hər şeylə qürur duyuram. Azarkeşlərin dəstəyinə görə minnətdaram. "Bornmut" qəlbimdə hər zaman xüsusi yer tutacaq. İndi isə qarşıda bizi iki mühüm oyun gözləyir və diqqətimi onlara yönəltmişəm".


