"Krasnodar"ın baş məşqçisi Murad Musayev Rusiya Premyer Liqasında (RPL) davam edən çempionluq yarışı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, həlledici 30-cu turdan öncə "Zenit" "buğalar"ı iki xal qabaqlayır. Əgər Sankt-Peterburq təmsilçisi səfərdə "Rostov"a uduzmasa, çempionluğunu elan edəcək.

Musayevin komandasına qızıl medallar üçün "Orenburq" üzərində qələbə və "Zenit"in məğlubiyyəti lazımdır.

"Hesab edirəm ki, "Rostov" – "Zenit" matçında güclü olan qalib gəlməlidir. Kimin kimi dəstəkləməsi hər kəsin şəxsi işidir.

Həm "Zenit", həm də biz çoxlu xal toplamışıq və izləyicilərimizdən uzaqlaşmışıq. Bu yarışı heç kim uduzmayacaq. Dürüst mübarizə aparmaq lazımdır.

Çempion biz olsaq, sevinəcəyik. Əgər "Zenit" olsa, onları təbrik edib növbəti mövsümə hazırlaşacağıq", – deyə Musayev bildirib.