"Qalatasaray" yay "transfer pəncərəsi"ndə ilk keçidini etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" Bernardo Silvanın meneceri Xorxe Mendeşlə danışıqlara başlayıb.
Portuqaliyalı futbolçuya 3 il ərzində ümumilikdə 50 milyon avro qazana biləcəyi bir müqavilə təklif edilib.
Bu barədə "El Periodico" portalı məlumat yayıb.
Silva 9 mövsüm çıxış etdiyi "Mançester Siti"dən mövsümün sonunda ayrılacaq.
O, yeni klubunu Dünya Kubokundan əvvəl açıqlayacaq.


