İyunun 27-də Bakıda keçiriləcək UFC Döyüş Gecəsində Manuel Torres ilə üz-üzə gələcək Rafael Fiziyev media önünə çıxıb, jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az həmin müsahibəni təqdim edir:
- Döyüşə kiminlə hazırlaşırsınız?
- İkinci dəfə Azərbaycanda qayıtmağa çox səbrsizlənirəm. Boya-başa çatdığım yer, ölkəyə qayıdıram. Kampım eyni olacaq. Hazırda Tailanddayam. Eyni məşqçim, eyni komandam var. Komandamla qalıram. Sizə ən yaxşı döyüş gününü göstərməyə çalışacam.
- Bakıda hansı raundda rəqibi nokauta göndərmək istəyirsiniz?
- Hər döyüşçü nokautdan danışa bilər. Amma bunu kimsə deyə bilməz ki, nokaut hansı raundda olacaq. Məqsədim nokaut olmasa da, buna şans yaransa edəcəyəm.
- Fərman Həsənov UFC-də debüt edəcək. Daha hansı azərbaycanlı döyüşçüləri UFC-də görmək istəyərdiniz?
- Əli Quliyev, Elbek Alışov, Asəf Çopurov və s. kimi döyüşçülərin adlarını sadalaya bilərəm. Bütün adları sadalaya bilməsəm də, qeyd etdiyim idmançılar yüksək səviyyədədir.
- Manuel Torresi analiz etmisinizmi? Hansı güclü, zəif cəhətləri var?
- UFC döyüşlərində gözlənilməz nəticələr ola bilər. Rəqibim ayaq üstündə döyüşür, güləşmir. Bu ona daha üstünlük yaradır. Rəqibin çətinliyi onun hündürlüyündədir. Onun uzun əlləri var.
- Son 3 döyüşə nəzər yetirsək, məğlubiyyət, Vətəndə qələbə, məğlubiyyət. Vətəndə döyüşəcəksiniz, yenə qələbə olacaq?
- Oktaqonun qapıları bağlananda bu hiss hər yerdədir. Çində, Amerikada, doğma Vətəndə qapılar bağlananda gözəl bir rəqsə başlanılır və bu hər bir yerdədir.
- Rafael Fizieyin bir gün döyüşmək istədiyi bir rəqib varmı?
- Belə bir arzum heç vaxt olmayıb. Hər bir döyüşçü həmişə zirvəyə çıxmağı arzulayr. Bu günə qədər bu yol məni zirvəyə aparır.
- Xamzat Çimaev – Şon Strikland döyüşü və döyüşdən əvvəl "trash talk" barədə fikirləriniz?
- Döyüşü izləmişəm. "Trash talk" adətən real olur. Döyüşçülər arasında konfliktlər sərhədləri aşa bilir. Bu UFC tərəfindən qurulmuş şou deyil. Döyüşə gəlincə, Münsiflər heyəti belə qərara gəldilər, Şon qalib gəldi. Burada doğru-səhv qərar yoxdur. Bir tərəf qazananda, o biri tərəf narazı olur.
- Yeməyi sevən insansınız. Pəhrizdəsiniz artıq? Proses necə gedir?
- Həqiqətən də, yeməyi sevbirəm. Yemək mənim marağımda olan sahədir. Amma hazırda 20 kq çəki artırmışam. Onun yarısını artıq azaltsam da, qabaqda hələ proses var. Dieta saxlayıram. Dietik məhsulları istifadə edirəm. Bu isə çox da xoşuma gəlmir.
- Fonda gitara var. Musiqi ilə məşğul olursunuz?
- Öz uşaqlarım ilə əylənmək üçün almışdım. Gitara çala bilməsəm də, onlarla vaxt keçirmək üçündür. Musiqiyə çox qulaq asmıram. İndi üzərimdə olan "AC DC" futbolkasını da sadəcə xoşuma gəldiyi üçün almışam. Təzəlikcə bilmişəm ki, yaxşı qrupdur.
- Sizi "Sabah"ın formasında, oyunlarında görmüşük. Onlar bu il çempion oldular, ölkə kubokunu qazandılar. "Sabah"ı izləyirsinizmi?
- Bəli, bilirəm. Onların bir oyununda iştirak etmişdim. Futbol həvəskarı olmasam da, "Sabah"ın oyununa dəvət almışdım. Gözəl oyun göstərmişdilər. Onların qalib gəldiyini də bilirəm. Adlarına sevinirəm, təbrik edirəm. Bilirdim ki, onlar udacaqdılar, yaxşı oynayırdırlar. Yaxşı səviyyədə idilər.
- Bakıda azarkeşlərin səni ən çox hansı xüsusiyyətinə görə sevdiyini düşünürsən?
- Nəinki Azərbaycanda yaşayan həmyerlilərimiz, bütün dünyada yaşayan azərbaycanlılardan dəstək alıram. Çoxlu mesajlar, dəvətlər alıram.
- Həmyerlilərin ürəyini bir az da fəth etmək üçün öz dilimizdə nə söyləmək istərdi?
- Sizin sualınızı başa düşdüm. Dilinizdə verilən sualları az da olsa anlayıram. Ölkəyə gələndə daha da dilimizi öyrənməyə çalışacam. Bəlkə gələn dəfə sizin sualı öz dilimizdə cavablandıraram.
Qeyd edək ki, Bakıda ikinci dəfə təşkil olunacaq UFC Fight Night turniri yerli və region ölkələrinin MMA azarkeşləri üçün ilin ən yaddaqalan idman hadisələrindən biri olacaq.
UFC FIGHT NIGHT: FIZIEV vs TORRES tədbirinin biletləri 15 may, cümə günü saat 10:00-dan etibarən iTicket üzərindən satışdadır.


