Misli Premyer Liqasında XXXII tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, turun açılış matçı Yevlaxda baş tutacaq.

Premyer Liqadan düşməyi dəqiqləşən "Karvan-Yevlax" "Qəbələ"ni qəbul edəсək.

"Qırmızı-qaralar"ın isə artıq 11-ci yeri tutacağı dəqiqləşib. Onlar elitada qalmaq üçün I Liqanın 2-ci yeri tutan komandası ilə pley-off oyunu keçirəcək.

Misli Premyer Liqası, XXXII tur

15 may (cümə)

17:00 “Karvan Yevlax” – “Qəbələ”

Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli

VAR: Rauf Cabarov

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Yevlax şəhər stadionu