"Bayern Münhen" təcrübəli qolkiperi Manuel Noyerin müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı qapıçı daha bir mövsüm Münhen təmsilçisində çıxış edəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Noyer 2011-ci ildən Almaniya nəhəngində çıxış edir. O, burada 597 oyun keçirib və 31 kubok qazanıb.