İngiltərənin "Everton" klubunda uzun illərdir çıxış edən Şeymus Koulman mövsümün sonunda Mersisayd təmsilçisindən ayrılmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubun əfsanəvi kapitanlarından biri sayılan 37 yaşlı müdafiəçi, Mersisayd təmsilçisindəki 17 illik parlaq karyerasını nöqtələdiyini bildirib.

Hazırda təcrübəli oyunçunun gələcəyi ilə bağlı iki əsas versiya var: O, ya məşqçilik karyerasına elə "Everton"da başlayacaq, ya da yaşıl meydanlarda qalmaq üçün başqa bir kluba transfer olunacaq.

Qeyd edək ki, 2009-cu ildən "irislər"in uğurları üçün tər tökən Koulman, Premyer Liqa təmsilçisinin heyətində 372 matç keçirib.