Azərbaycanda UEFA lisenziyalı məşqçilik kurslarının keyfiyyətini artırmaq və əhatə dairəsini genişləndirmək məqsədilə AFFA tərəfindən yeni təlim təşkil olunacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Təlim proqramı çərçivəsində gələcəkdə UEFA lisenziya kurslarında dərs keçə biləcək potensial təlimçilərin müəyyənləşdirilməsi nəzərdə tutulub. Proqramın əsas diqqət mərkəzində namizədlərin aşağıdakı bacarıqlarının təkmilləşdirilməsi dayanır:

Dərslərin effektiv metodlarla keçirilməsi, meydançada məşq prosesinin idarə olunması, məşqçilərin fəaliyyətinin düzgün təhlili.

Bu təşəbbüs yerli mütəxəssislərin UEFA standartlarına uyğun hazırlanmasına və gələcəkdə ölkə daxilində keçirilən məşqçilik kurslarının səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.