Misli Premyer Liqasının XXXII turu çərçivəsində keçiriləcək "Şamaxı" – "Turan Tovuz" qarşılaşmasının hakimlər briqadasında dəyişiklik baş verib.
Offsideplus.az xəbər verir ki, görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Daha əvvəl bu oyuna təyinat alan Ruslan Quliyev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, "Şamaxı" – "Turan Tovuz" matçı sabah Şamaxı şəhər stadionunda baş tutacaq və saat 17:00-da start götürəcək.


