Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, yarışın beşinci günündə xalçaya çıxan Azərbaycan millisi turniri bir bürünc medalla başa vurub.
Fatimə Bayramova (53 kq) bürünc medal uğrunda həlledici görüşdə polşalı Zuzanna Sokolovskaya qarşı inamlı mübarizə aparıb. O, rəqibini tam üstünlüklə (10:0) məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Nuray Cəfərli (46 kq) üçüncü yer uğrunda qarşılaşmada xorvatiyalı Lara Blajekoviçlə üz-üzə gəlib və rəqibinə 1:4 hesabı ilə uduzaraq Avropa çempionatını 5-ci sırada tamamlayıb.
Simurə Abdullayeva (69 kq) təsəlliverici görüşdə rusiyalı Polina Yefimova ilə bacarmayıb (2:8) və medal şansını itirib.


