"Mançester Siti"nin portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silva klub rəhbərliyinə rəsmi müraciət edərək, mövsümün sonunda komandanı tərk edəcəyini bildirib.

Offsideplus.az xəbər verir ki, 2017-ci ildən bəri "şəhərlilər"in uğurlarında pay sahibi olan 31 yaşlı futbolçunun bu qərarı transfer bazarını hərəkətə gətirib.

​Təcrübəli oyunçu üçün hazırda üç əsas klubun adı hallanır:

  • ​"Barselona" (İspaniya): Silvanın ən böyük arzusu Kataloniya klubunda çıxış etməkdir. İspaniya nəhəngi uzun müddətdir onu transfer etmək istəsə də, maliyyə qaydaları bu keçidə mane olurdu.
  • ​"Yuventus" (İtaliya): İtaliya klubu portuqaliyalıya illik 7-8 milyon avro maaşla 3 illik müqavilə təklif etməyə hazırdır. A Seriyası Silvanın karyerasının son mərhələsi üçün cəlbedici seçim hesab olunur.
  • ​"Qalatasaray" (Türkiyə): İstanbul təmsilçisi son illərdəki iddialı transfer siyasətini Silva ilə davam etdirmək niyyətindədir. 

​Bernardo Silva "Mançester Siti" forması ilə keçirdiyi 9 il ərzində 6 Premyer Liqa çempionluğu və 1 Çempionlar Liqası kuboku daxil olmaqla, ümumilikdə 16 titul qazanıb. Baş məşqçi Pep Qvardiolanın meydandakı "sağ əli" hesab olunan futbolçunun gedişi İngiltərə klubu üçün ciddi itki hesab olunur.

​"Mançester Siti" rəhbərliyi artıq Silvanın boşluğunu doldurmaq üçün alternativlər axtarır. Namizədlər arasında Sandro Tonali və gənc istedad Elliot Andersonun adları çəkilir.