Qana Futbol Assosiasiyası (GFA) dünya çempionatının startına cəmi 72 gün qalmış baş məşqçi Otto Addo ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu qərar "Black Stars"ın (qara ulduzlar) turnirə hazırlıq çərçivəsində Almaniyaya 1:2, cümə günü isə Avstriyaya 1:5 hesabı ilə uduzmasından bir neçə saat sonra verilib.
Federasiyanın bəyanatında bunlar qeyd olunub:
"Qana Futbol Assosiasiyası əsas milli komandanın baş məşqçisi Otto Addo ilə dərhal qüvvəyə minmək şərtilə yollarını ayırıb".


