DÇ-2026-da iştirak edəcək son iki komanda da məlum olub.
Offsideplus.az xəbər verir ki, Boliviya yığmasını məğlub edən İraq 40 ildən sonra ilk dəfə mundialda mübarizə aparacaq.
Asiya təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edərək turnirə vəsiqə əldə edib.
Daha vəsiqə isə Konqo Demokratik Respublikasının olub.
Onlar əlavə vaxtda vurduğu qolla Yamaykanı minimal hesabla məğlub etməyi bacarıb - 1:0.
Beləliklə, Dünya Kubokunda çıxış edəcək 48 komandanın hamısı müəyyənləşib.
Qeyd edək ki, DÇ-2026 üç ölkədə təşkil olunacaq: ABŞ, Meksika və Kanada. Turnir iyunun 11-dən iyulun 19-na qədər davam edəcək.


