28-31 mart tarixlərində Azərbaycan Basketbol Liqasının (ABL) müntəzəm mövsümünün sonuncu – 20-ci turu keçirilib.

Offsideplus.az xəbər verir ki, “A” və “B” qruplarında oynanılan matçlarda aşağıdakı nəticələr qeydə alınıb:

A qrupu

  • Şəki” – “Gəncə” – 73:84
  • “Neftçi” – NTD – 93:83
  • “Sabah” – “Abşeron Lions” – 105:72

B qrupu

  • “Quba” – “Naxçıvan” – 96:103
  • “Sərhədçi” – “Sumqayıt” – 93:89
  • “Ordu” – “Lənkəran” – 107:65

Qeyd edək ki, reqlamentə əsasən müntəzəm mövsümü “A” qrupunda ilk üç pillədə başa vuran “Sabah”, “Abşeron Lions” və “Neftçi” klubları, həmçinin “B” qrupunun qalibi “Ordu” klubu birbaşa 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

1/8 final mərhələsində isə aşağıdakı qarşılaşmalar keçiriləcək:

  • “Naxçıvan” – “Sərhədçi”,
  • “Gəncə” – “Lənkəran”,
  • “Quba” – “Şəki”,
  • “Sumqayıt” – NTD.

1/8 final seriyalarında ilk iki qələbə qazanan komandalar 1/4 finala yüksələcək. Oyunlara aprel ayında start veriləcək.