"Fənərbağça" klubunun prezidenti Saadettin Saran qəza keçirib.
Offsideplus.az xəbər verir ki, 61 yaşlı idarəçi klubun stadionuna gedərkən avtomobil qəzasına düşüb.
O, ciddi yara almayıb.
Qeyd edək ki, S. Saran ötən ilin sentyabrından İstanbul təmsilçisinin prezidentidir. O, bu postda Ali Koçu əvəz edib.


