Son dünya çempionu Argentina yığması Buenos-Ayresdə keçirilən yoldaşlıq görüşündə Zambiyanı 5:0 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, "La Bombonera" stadionunda baş tutan qarşılaşmada Messi hələ 3-cü dəqiqədə Xulian Alvaresin qolunda assistentlik edib. Fasiləyə az qalmış isə ulduz futbolçu özü fərqlənərək hesabı 2:0-a çatdırıb. İkinci hissədə təyin olunan penaltini Messi komanda yoldaşı Nikolas Otamendiyə ötürüb. Otamendi fürsəti qaçırmayaraq hesabı 3:0 edib. 

Yekunda oyun "tanqoçular"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Argentina son 10 matçda Afrika təmsilçiləri üzərində 8-ci qələbəsini qazanıb.

Messinin qolunu sizə təqdim edirik: