"Abşeron Lions" basketbol klubunun üzvü Ceylen Şounun zədəsinin dərəcəsi bəlli olub.

Offsideplus.az xəbər verir ki, "Sabah"a qarşı keçirilən oyunda zədələnən amerikalı oyunçu dərhal xəstəxanaya aparılıb və müayinələrdən keçib. Tibbi yoxlanışların nəticəsinə əsasən, basketbolçuda yüngül və orta dərəcəli zədələr aşkarlanıb.

Müayinələr zamanı Şounun dizində sümük zədəsi, meniskində yer dəyişməsi və ön çarpaz bağında qismən qopma qeydə alınıb.

Oyunçunun müalicə və bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.