"Napoli"nin prezidenti Aurelio De Laurentis İtaliya millisinin ardıcıl üçüncü dəfə Dünya Çempionatından kənarda qalmasına reaksiya verib və çıxış yolu təklif edib.
Offsideplus.az xəbər verir ki, tanınmış funksioner A Seriyasında komanda sayının azaldılmasının vacibliyini vurğulayıb:
"Əvvəllər A Seriyasında 16 komanda var idi, indi isə sayın 20 olmasını istəyirik. Əgər yenidən 16 komandalı formata qayıtsaq və Səudiyyə Ərəbistanında Superkubok oyunları keçirməsək, futbolçuların enerjisinə qənaət etmiş olarıq. Unutmayaq ki, oyunçuların maaşını FİFA və ya UEFA deyil, biz ödəyirik. Bu dəyişiklik millinin məşqləri üçün də kifayət qədər vaxt yaradar".
De Laurentis İtaliya futbolunun uzun illərdir "yuxuda" olduğunu bildirib:
"İndi günahkar axtarmağın mənası yokdur. İtaliya futbolu illərdir yerində sayır. Hamı axınla üzür, amma mən belə yaşamağı sevmirəm. Mənim mövqeyim çoxları üçün narahatlıq yarada bilər, amma doğru tərəfdə duranda belə olur".


