Misli Premyer Liqasının XXV turunda "Qarabag"ı məğlub edən (1:0) "Kəpəz" klubu maliyyə itkisi ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, AFFA İntizam Komitəsi Gəncə təmsilçisini cərimələyib. Buna səbəb oyun başa çatdıqdan sonra meydana kənar şəxslərin daxil olmasıdır.

Sözügedən hal cari mövsümdə artıq üçüncü dəfə təkrarlandığı üçün "Kəpəz" 6500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, qərb təmsilçisi doğma meydanda çempionatı liderini minimal hesabla üstələyərək mühüm 3 xal qazanıb.