İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo, Bosniya və Herseqovina ilə pley-off matçındakı məğlubiyyətdən sonra həm üzgün, həm də qürurlu olduğunu bildirib. .
Offsideplus.az xəbər verir ki, Zenitsada keçirilən oyunda hesabı erkən açan "skuadra adzurra", azlıqda qaldıqdan sonra rəqibin təzyiqinə tab gətirə bilməyib. Penaltilər seriyası isə İtaliya üçün növbəti dramla yekunlaşıb.
Göz yaşları içində RAI kanalına danışan Qattuzo bunları deyib:
"Bu gün futbolçularım belə bir zərbəyə layiq deyildi. Meydanda 10 nəfər qalsaq da, 3 real qol şansımız oldu, rəqib isə bizi demək olar ki, narahat etmədi. Çox təəssüf edirəm. Bu futboldur, amma mən oyunçularımla fəxr edirəm. Bu məğlubiyyət çox ağrılıdır, çünki bu qələbə bizə, bütün İtaliyaya və futbol hərəkatımıza lazım idi. Həzm edilməsi çətin olan bir zərbədir".
Qeyd edək ki, Qattuzo öz gələcəyi və istefa ehtimalı barədə danışmaqdan imtina edib.


