"Sabah" basketbol komandası yoldaşlıq oyunları keçirəcək.
Offsideplus.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionu Qazaxıstanın "Astana" kollektivi ilə iki dəfə üz-üzə gələcək.
Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmaların vaxtı artıq məlumdur:
4 aprel, saat 19:30
6 aprel, saat 15:00
Qeyd edək ki, bu görüşlər Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsinə hazırlıq məqsədi daşıyır.


