“Bu vəzifəni mənə həvalə etdikləri üçün AFFA rəhbərliyinə təşəkkür edirəm”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycanın U-20 millisinin köməkçi məşqçisi təyin olunan Vaqif Cavadov deyib.
O, yeni təyinatı ilə bağlı fikirlərini bölüşüb:
“Əlimdən gələni edəcəyəm ki, uğurlu çıxış edək. Məndən nə asılı olacaqsa, 100 yox, 200 faiz yerinə yetirməyə çalışacağam. Qalan məsələləri isə zaman göstərəcək. Artıq neçə illərdir bu yaş qrupları ilə çalışıram. Azərbaycanda istedadlı futbolçuların sayı çoxdur. Sadəcə, hər məşqçinin futbola öz baxışı var. İnanıram ki, bu vəzifənin öhdəsindən maksimum dərəcədə gələcəyik”.
Vaqif Cavadov həmçinin bildirib ki, hazırda fəaliyyət göstərdiyi “Sumqayıt”ilə mövsümün sonunda yollarını ayıracaq.
Qeyd edək ki, U-20 yığmamız 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 Dünya Çempionatında iştirak edəcək.


