"Barselona" klubu Markus Reşfordun transfer hüquqlarına sahib olmaq üçün qərarını verməlidir.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin İngiltərə millisinin üzvünü birdəfəlik transfer etmək variantını aktivləşdirmək üçün 15 iyuna qədər vaxtı var.

​Təklif olunan 30 milyon avroluq transfer məbləğinin üç bərabər hissədə ödənilməsi nəzərdə tutulub:

  • ​10 milyon avro — 2026-cı ilin iyulunda;
  • ​10 milyon avro — 2027-ci ilin iyulunda;
  • ​10 milyon avro — 2028-ci ilin iyulunda.

​Maliyyə şərtləri bəlli olsa da, "Barselona" rəhbərliyi ümumi xərclərlə bağlı tərəddüd edir. Digər tərəfdən, "Mançester Yunayted" rəhbərliyi qiymət məsələsində heç bir yenidən müzakirənin aparılmayacağını və şərtlərin qəti olduğunu bildirib.

​Qeyd edək ki, Reşfordun masasında artıq digər klublardan da təkliflər var. Əgər "Barça" müəyyən olunmuş vaxta qədər rəsmi addım atmasa, ulduz futbolçu digər variantları dəyərləndirə bilər.