“Qarabağ”ın zədəli futbolçularının son durumu bəlli olub.
Bu barədə Offsideplus.az saytına açıqlamasında klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
“Şahruddin Məhəmmədəliyev komanda ilə məşqləri davam etdirir. Bəhlul Mustafazadə isə dörd həftə sonra fərdi məşqlərə başlayacaq. Mövsüm ərzində yaşıl meydanlara qayıdıb-qayıtmayacağı isə yalnız bundan sonra bəlli olacaq”.
Qeyd edək ki, “Qarabağ” - “Sabah” oyunu aprelin 3-ü saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


