“Hazırlıqlar yaxşı gedir”.

Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Rəsul Rəhimov deyib.

“One Championship" turnirində keçirəcəyi növbəti döyüşlə bağlı fikirlərini bölüşüb:

“Qarşılaşma Banqkoqda baş tutacaq. Rəqibim Paraqvay təmsilçisi Valdi Britezdir. Hazırda Tailandda məşq keçirəm. Bu dövr digər hazırlıq mərhələrindən xeyli fərqlənir. Müsbətə doğru dəyişikliklər hiss edirəm. Bu dəfə daha güclüyəm. Ümid edirəm ki, gözəl döyüş göstərəcəyəm”.

Rəhimov rəqibinin güclü olduğunu vurğulayıb: "Turnirdəki son döyüşündə nokautla qalib gəlib. Buna baxmayaraq mən özümə çox əminəm. Hazırda rəqibim haqqında düşünmürəm. Bilirəm ki, o nə qədər güclü olsa da, mən ondan üstünəm. Qələbə qazanacağıma inanıram".

Qeyd edək ki, Rəhimov “Core Fighting Championship"də keçirdiyi sonuncu döyüşdə  Türkmənistandan olan rəqibi Guvenc Dadaevi 8 saniyəyə nokaut etmişdi.