Misli Premyer Liqasında XV tura "Neftçi" - "Sumqayıt" görüşü ilə yekun vurulur.

Offsideplus.az xəbər verir ki, bu oyun "ağ-qaralar"ın yeni baş məşqçisi Yuri Vernidubun debüt matçıdır.

Saşa İliçin çalışdırdığı "Sumqayıt" son 5 oyunun 4-də qələbə qazanmağı bacarıb.

Onlar hazırda 26 xalla 4-cü yerdədir.

"Neftçi" isə son 4 qarşılaşmanın heç birindən qalibiyyətlə ayrıla bilməyib.

Misli Premyer Liqası, XV tur

15 dekabr (bazar ertəsi)

19:00 “Neftçi” 2:2 “Sumqayıt”
Qol:  İmad Faraj (34'), Bassala Sambu (49'), Nsane Simon (74'), Səbuhi Abdullazadə (81') 

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov

VAR: Elçin Məsiyev

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

“Palms Sports Arena”