"Qarabağ"ın "Araz-Naxçıvan"ı 5:1 hesabı ilə etdiyi oyunda Toral Bayramov dubla imza atıb.
Offsideplus.az xəbər verir ki, o, cari mövsüm Misli Premyer Liqasında vurduğu qolların sayını 7-yə çatdırıb.
Ondan çox qol vuran yeganə futbolçu "Sabah"ın hücumçusu Coy-Lens Mikelsdir - 8.
Toral "Qarabağ"ın avrokubok oyunlarında əsas heyətdəki yerini itirməyinə baxmayaraq öz üzərində işləməyə davam edir.
Onun "Araz-Naxçıvan"la oyunda vurduğu ilk qol görülməyə dəyərdi.
Ondan sonra ən çox qol vuran azərbaycanlı futbolçular isə Emin Mahmudov və Rüstəm Əhmədzadədir. Onlar hərəyə 4 qol vurub.
Nəriman Axundzadənin aktivində isə 3 qol var.
Araz Abdullayev, Ayxan Hüseynov, Fərid Nəbiyev, Ceyhun Nuriyev, Musa Qurbanlı və Bəxtiyar Həsənalızadə isə hərəyə 2 dəfə fərqləniblər.
Daha 16 yerli futbolçu isə 1 dəfə fərqlənməyi bacarıb.



