Azərbaycan Serbiyada keçirilən güləş üzrə U-23 Avropa çempionatında daha bir bürünc medal əldə edib.

Offsideplus.az xəbər verir ki, Ramik Heybətov (70 kq) ukraynalı Mikita Sariyevə 10:0 tam üstülnlüklə qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl Vasif Bağırov (57 kq) gümüş, Musa Ağayev (65 kq) isə bürünc medal qazanıb.