Coy Lens Mikels Misli Premyer Liqasındakı qol sayını 50-yə çatdırıb.

Offsideplus.az xəbər verir ki, "Sabah"ın hücumçusunun yubiley qolu Misli Premyer Liqasının XXIII turunda "Qəbələ"ni darmadağın etdikləri (7:1) matça təsadüf edib. Həmin görüşdə dubl edən forvard, çempionatımızdakı qollarının sayını 50-yə yüksəldib.

Azərbaycanda yalnız paytaxt klubunun şərəfini qoruyan Mikels, bu göstəriciyə 102-ci oyununda nail olub. O, çempionat tarixində 50 qol səddini keçən 44-cü oyunçu kimi qeyd olunub. Cari mövsümdə bu siyahıya həmçinin Abdullah Zubir və Emin Mahmudov da qoşulub.

Forvardın qol statistikası illər üzrə belədir:

  • 2021/2022 mövsümü: 11 qol

  • 2022/2023 mövsümü: 17 qol

  • 2023/2024 mövsümü: 1 qol

  • 2024/2025 mövsümü: 9 qol

Hazırkı çempionatda isə artıq 12 dəfə fərqlənən Mikels bombardirlər yarışına başçılıq edir.