“Nəriman Axundzadə artıq Kolambusdadır”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında hücumçunun meneceri Tural Əsgərov deyib.
O bildirib ki, axşama kimi prosesin yekunlaşacağı gözlənilir: “Bu gün orada tibbi müayinədən keçməlidir və keçidi rəsmən elan olunmalıdır. Təxminən, 6-7 saat əvvəl artıq Kolambusa çatıb. Texniki olaraq Nəriman həftəsonu oyuna çıxmağa hazırdır, ancaq yekun qərarı təbii ki, komandanın məşqçilər korpusu verəcək”.
“Bizim üçün təklif konkret olaraq kağız üzərində rəsmi müraciətdir. Söhbət maraqdan gedirsə, deyə bilərəm ki, bir çox klublar Nərimanla maraqlanırdı. Ancaq hazırda ad çəkməyim etik olmaz”.
Qeyd edək ki, millinin forvardı fevralın əvvəlində MLS təmsilçisi "Kolambus Kryu" ilə 3,5 illik müqavilə imzalayıb.


