UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarının nəticələri bəlli olub.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 4 oyun baş tutub. Nəticələr:
- "Qalatasaray" doğma meydanda "Liverpul"u minimal hesabla məğlub edib – 1:0.
- "Nyukasl" və "Barselona" arasında keçirilən qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
- "Atalanta" öz meydanında "Bayern"ə böyük hesabla uduzub – 1:6.
- Günün ən məhsuldar oyunlarından biri isə Madriddə baş tutub. "Atletiko Madrid" "Tottenhem"i 5:2 hesabı ilə məğlub edib.


