Qadın basketbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti sınağına çıxıb.

Offsideplus.az xəbər verir ki, millimiz səfərdə Bolqarıstan seçməsinin qonağı olub. Plovdiv şəhərində yerləşən "Kolodrum Arena"da keçirilən qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənib. Oyun rəqibin 120:40 hesabı ilə başa çatıb. 

Xatırladaq ki, E qrupunda yer alan komandamız əvvəlki oyunlarda Bolqarıstan, Monteneqro və Ukrayna kollektivlərinə məğlub olub. Hazırda basketbolçularımız 4 xalla qrupda sonuncu pillədə qərarlaşıblar.