Misli Premyer Liqasında XV tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "İmişli" Qubada "Karvan-Yevlax"ı qəbul edib.

Görüşdə bütün qollar ilk hissədə vurulub.

Tərəflər hərəyə bir dəfə fərqlənib.

"İmişli" 16 xalla 9-cu, Yevlax təmsilçisi isə 6 xalla sonuncu - 12-ci yerdədir.

Misli Premyer Liqası, XV tur

15 dekabr (bazar ertəsi)

14:00 “İmişli” – “Karvan-Yevlax” 1:1

Qollar: Dioqo Almeyda, 29 - Vadim Abdullayev, 39

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 44. Həzrət İsayev 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr

Baş məşqçiJorj Kaşkilya

“Karvan-Yevlax”99. Pedro Mateuş 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə 6. Vadim Abdullayev 33. Eltun Turabov 14. Uğur Cahangirov 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 4. Olavale Doyeni

Baş məşqçiFüzuli Məmmədov

Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Quba OİK stadionu