Neymar Braziliya yığmasının ilkin heyətinə daxil edildi.
Offsideplus.az xəbər verir ki, Braziliya yığmasının Fransa və Xorvatiya ilə keçirəcəyi yoldaşlıq oyunları üçün ilkin heyətinə Neymar da daxil edilib.
Neymar sonuncu dəfə Braziliya üçün 2023-cü ilin oktyabrında oynayıb. İndi, iki ildən çox bir müddət sonra, o, yığmaya geri dönür.
Son heyət gələn bazar ertəsi günü açıqlanacaq.


